“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyununda yol verdiyi səhv barədə danışıb.
Belçikalı qolkiper matçdan sonra bu səhvə görə komandanın avtobusunda digər futbolçuların onunla zarafatlaşdığını deyib:
“Avtobusda komandanın digər futbolçuları məni lağa qoyurdular. Amma artıq keçib. Həmin səhvi unutduracaq qurtarışlarım da var idi. 0:2 geri düşsək də, 5 qol vura bildik. Davam etməliyik”.
“Liverpul” – “Real” oyununun 14-cü dəqiqəsində Kurtua kobud səhvə yol verərək rəqib komandanın hücumçusu Məhəmməd Salahın fərqlənməsinə şərait yaradıb.
Follow @7timesaz