Portuqaliya millisinin və Madrid “Real”ının sabiq futbolçusu Fabio Koentraounun yeni işi hamını təəccübləndirib.
7Times.az Offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı sabiq futbolçu şəxsi gəmisi vasitəsilə balıq biznesi ilə məşğul olur. O, qatıldığı bir proqramda həyatı və işi ilə bağlı bunları deyib:
“Dənizdə yaşamaqdan utanmıram. Dənizlərimiz çox gözəldir və bizim bu dənizlərə ehtiyacımız var. Balıq tutmağı çox sevirəm. Bu işdə çalışan çox adam var. Bu peşəyə hörmət edilməlidir”.
Qeyd edək ki, Koentrao karyerası ərzində “Benfika”, “Real” ( Madrid ), “Monako” və “Sportinq” (Lissabon ) kimi önəmli klubların şərəfini qoruyub. O, 363 matçda 27 qol və 41 məhsuldar ötürmə edib.
Follow @7timesaz