İdman

“Real” Kroosun yerinə bu iki futbolçudan birini gətirəcək

“Real” Kroosun yerinə bu iki futbolçudan birini gətirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” karyerasını bitirməyə qərar verən almaniyalı yarımmüdafiəçi Toni Kroosun yerinə iki namizəd müəyyənləşdirib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı AS yayıb.

Mənbə “Kral klubu”nun “Bayern Münhen”dən Yozua Kimmixi, “Mançester Siti”dən isə Rodrini gözaltı etdiyini vurğulayıb. İspaniya nəhənginin bu yay iki orta xətt oyunçusundan birini heyətə qatmağı hədəflədiyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən “Real”ın formasını geyinən Kroos paytaxt təmsilçisinin forması ilə ümumilikdə 463 matça çıxaraq 28 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.