İdman

“Real” “Liverpul”un ulduz futbolçusunu transfer edir – 80 milyon avroya!

“Real” “Liverpul”un ulduz futbolçusunu transfer edir – 80 milyon avroya!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madrid “Real”ı “Liverpul”da çıxış edən Trent Aleksandr-Arnold üçün təklif irəli sürüb.

Offsideplus.az İspaniya mediasına istinadla xəbər verir ki, “kral klubu”nun bu transfer üçün 80 milyon avro xərcləməyə hazır olduğu iddia edilib.

Məlumata görə, “Real” 25 yaşlı futbolçunu Dani Karvahalın əvəzləyəcəyi kimi kluba cəlb etmək istəyir.

Qeyd edək ki, Arnoldun “Liverpul”la 2025-ci ilə qədər müqaviləsi var. “Liverpul” futbolçu üçün yeni müqavilə imzalamaq istəsə də, “Real”ın təklifi futbolçunu fikrindən daşındıra bilər.