İdman

“Real Madrid” Benzema ilə müqaviləni uzadır

“Real Madrid” Benzema ilə müqaviləni uzadırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “Real Madrid”i futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira paylaşım edib.

Onun sözlərinə görə, tərəflər sözləşmə müddətinin 2024-cü ilin yayınadək uzadılması ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. 35 yaşlı fransalı hücumçunun hazırkı sözləşməsi 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Kərim Benzema ötən mövsüm 46 oyunda 44 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, təcrübəli forvardın karyerasında ən yaxşı mövsüm olub.