İdman

“Real Madrid” bu mövsüm ilk dəfə öz meydanında məğlub olub

“Real Madrid” bu mövsüm ilk dəfə öz meydanında məğlub olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya kubokunun ilk yarımfinal oyununda Madrid “Real”ı Kataloniya “Barselona”sına məğlub olub.

7Times.az xəbər verir ki, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Real” öz meydanında mövsümün ilk məğlubiyyətini alıb. Buna qədər Madrid komandası doğma stadionda 11 qələbə qazanmışdı. Üç görüş heç-heçə başa çatıb.

Matçın 26-cı dəqiqəsində kral klubunun müdafiəçisi Eder Militao topu öz qapısından keçirib.

Bu komandalar arasında cavab oyunu aprelin 5-də Barselonadakı “Camp Nou” stadionunda keçiriləcək.