Hadisə

“Real Madrid”in sabiq üzvü faciəvi şəkildə öldü

“Real Madrid”in sabiq üzvü faciəvi şəkildə öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Freddi Rinkon dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, 55 yaşlı Rinkon yarımmüdafiəçi avtomobil qəzasına düşdükdən sonra ölüb.

Kolumbiyalı veteranın sərnişini olduğu avtomobil Kali şəhərində aprelin 12-də avtobusla toqquşmuş, Freddi başından ciddi xəsarət almışdı.

Qeyd edək ki, Freddi Rinkon 1995-1996-cı illərdə “Real Madrid”in formasını geyinib. 1990 – 2001-ci illərdə ölkəsinin yığmasına dəvət alan keçmiş orta sahə oyunçusu İtaliyada “Napoli”nin də şərəfini qoruyub.