“Real Madrid”in ulduz futbolçusu Luka Modriç özünə qarşı gördüyü rəftardan narazıdır.
Fanat.Az xəbər verir ki, mövsümün bitməsinə bir neçə ay qalmasına baxmayaraq klub hələ də ona yeni müqavilə təklif etməyib.
“Goal”ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi ilə heç bu barədə danışıq da olmayıb.
Bu vəziyyət Xorvatiya millisinin üzvünü narahat edib. Belə ki, cari mövsüm tezliklə başa çatacaq və Modriçin gələcəyi ilə bağlı heç nə bəlli deyil.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”in şərəfini qoruyur. 307 oyunda meydana çıxan təcrübəli futbolçu 25 qola imza atıb.
Follow @7timesaz