Aktual

“Real Madrid” Ukraynaya yardım üçün böyük məbləğdə pul ianə edəcək

“Real Madrid” Ukraynaya yardım üçün böyük məbləğdə pul ianə edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ukraynalı qaçqınlara yardım edəcək.

Klubdan verilən məlumata görə, yardım məqsədilə Qırmızı Xaç Cəmiyyətinə və klubun Ukraynadakı Fond tərəfdaşına bir milyon avro ianə ediləcək.
“Real Madrid” Fondunun kampaniyası çərçivəsində toplanan vəsaitin bir hissəsi Ukraynanın cənub-qərb bölgəsinin ehtiyaclarına və Ukraynanın qərb vilayətlərində məcburi köçkünlərə dəstək olmağa yönəldiləcək.

Bundan əlavə, qeyd olunub ki, “Real Madrid” Fondu Ukraynadakı məcburi köçkünlərə və digər Avropa ölkələrinə pənah aparanlara geyim və zəruri əşyalarla da kömək edir. Fond Ukraynadan İspaniyaya gələn qaçqınlara ilkin yardım göstərmək üçün 13 000-dən çox isti və idman geyimi bağışlayıb.
Bildirilib ki, “Ukrayna ilə birlikdə” kampaniyası zəruri müddət boyu davam edəcək.