“Real Madrid” Kilian Mbappenin transferini bu yay həyata keçirmək üçün pul qazanmağa çalışır.
Fanat.Az xəbər verir ki, Madrid klubu transfer bombasını partlatmaq üçün iki yarımmüdafiəçidən birini – Federiko Valverde və ya Orelyen Tçuamenini satmağa hazırlaşır.
İnformasiyanı “Express” yayıb.
Mənbənin məlumatına görə, həm uruqvaylı, həm də fransalı futbolçuya 80-100 milyon avroluq qiymət qoyulub. “Real”ın bu planından xəbərdar olan “Arsenal” və “Liverpul” vəziyyəti yaxından təqib edir.
Follow @7timesaz