“Real Madrid” ukraynalı qapıçı Andriy Luninin transfer qiyməti ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, İspaniya nəhəngi futbolçunu 8 milyon avroya satmağa hazırdır.
Mənbənin məlumatına görə, ABŞ-a mövsümöncəsi turne zamanı Lunin “Real”ın qapıçılar üzrə məşqçisi ilə münaqişə yaşayıb. Buna baxmayaraq, ukraynalı müqaviləsinin sonuna qədər paytaxt klubunda qalmağı və gələn yay azad agent olmağını gözləyir.
Lunin 2018-ci ildə Madrid klubuna keçib. O, ötən mövsüm komandanın heyətində 12 oyuna çıxıb.
Follow @7timesaz