Maqazin

“Rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaq…” – Afətdən ŞOK AÇIQLAMA

“Rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaq…” – Afətdən ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, Flora Kərimova mənə yaxşılıq edir, onun sayəsində daha çox sevilirəm, daha çox şənliklərə dəvət alıram”.

Bu sözləri Yenisabah.az-a müğənni Afət Fərmanqızı deyib.

“Mən paylaşım edib Rusiyaya köçdüyümü dedikdən bir ay sonra 60 yaşlı müğənnilikdən kənar bir qadının diktəsiylə Flora Kərimova məni məhkəməyə verdi. Fevral ayında Rusiyaya köçmüşəm, məhkəmə məni may ayında axtarışa verib. Mən məhkəməyə gələ bilməyəcəyimə dair əsaslar gətirsəm də, nəzərə alınmadı. Əgər 5-6 maddə pozuntusuyla iş icraata götürülürsə, burada qərəz olduğunu sezirik. Bir məsəl var, “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”, təhqir elədi, indi də nə deyib məhkəməyə verir?!
O, bildiyimə görə, həmçinin, rus vətəndaşıdır, bundan başqa, hətta Polşa vətəndaşlığı olduğu da deyilir. O, gəlsin, Rusiyada məni məhkəməyə versin, burada çəkişək.
O, sənədlərdə “Ələkbər qızı” yox, “Ələkbərovna”dır. Deməli, Rusiya passportu ilə məhkəmələrə müraciət etməsi açıq-aydın ortalığa çıxır.
Bunlar hamısı 60 yaşlı bir qadının işidir. Səbəb də münasibətim korlandığı köhnə dostlarımla barışmağımdır. O da bunu götürə bilmədi. Bununla da məni məhkəməyə verdirdi. Xalq artistini qabağa verib, məndən qisas alacağını düşünür. Mənim Bakıda yaşamadığımı deyənlərə səslənirəm: Mənim guya Ana Yurdum Bakı idimi ki?! Azərbaycanın bütün oliqarxları hamısı Moskvada – mən yaşadığım yerdə yaşayır”, – deyə müğənni qeyd edib.

Afət Fərmanqızı məsələnin siyasi çalarlı olub-olmamasına da toxunub:

“Mən siyasət adamı deyiləm, hakimiyyətə sevgi, məhəbbətimiz var. Atama 70-ci illərin axırında Heydər Əliyev ilk hakimiyyəti dövründə “Xalqlar Dostluğu” ordeni verib. Ucqar kəndlərin birində bir müəllimin fəaliyyətini Heydər Əliyev bu cür dəyərləndirmişdi. Hazırki hakimiyyəti də sevirik. Bunu vəzifə, və ya nəsə üçün demirəm. Mənim Azərbaycanda heç kimim yoxdur. Hamısı xarici vətəndaşlardır. Siyasi nüans Flora Kərimovaya aiddir. O, əvvəl, müxalifət, heç bir dəyər görməyəndə indi də məcburi antimüxalifət olub”.
Müğənni mövqeyini bu fikirləriylə sonlandırıb:

“Xalq artistini mənim əleyhimə qaldıran həmin müğənnilikdən kənar özünəoxşayan başqa birini haqqımda danışdırır. O da guya Moskvada ucuz yerlərdə toy oxuduğumu bildirir. Mənə məkanın ucuz olub-olmamasının nə dəxli var, pul danışılıb, razılaşdırılır. Tiktok-da ucuz məkan məsələsini mənim ayıbım kimi səsləndirir. Əsl ayıb, rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaqdır. Sakitləşsin, əks təqdirdə, gələn dəfə həmin prosesin necə dəqiqliklə olmasını mətbuata danışacağam”.