Dünya

Rəisi Azərbaycanla əlaqələrdən danışdı

Rəisi Azərbaycanla əlaqələrdən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcək.

7Times.az  xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Seyid İbrahim Rəisi iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb.