Cənubi Qafqaz regionunda istənilən geopolitik dəyişiklik sabitliyi pozan və qəbuledilməz hərəkətdir.
7Times.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində görüşündə deyib.
Qeyd edək ki, Rəisi NATO-nun “ekspansist” siyasəti haqda danışarkən qəflətən Cənubi Qafqazdakı son hadisələrə toxunaraq bu ifadələri işlədib.
Follow @7timesaz