“İran prezidentinin olduğu helikopter 2500 metr hündürlükdə yerə çırpılıb və bütün sərnişinlər təbii fəlakətdən sonra anındaca həlak olublar”.
Bu sözləri Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.
“Müxtəlif qurumların iştirakı ilə mürəkkəb və çətin əməliyyat həyata keçirilib. Hava və görmə çox pis olduğundan əməliyyat ləng gedib. Səhər saat 5-də helikopter iki kilometr məsafədən göründü və ona çatmaq üçün təxminən bir saat vaxt sərf olundu”, – deyə Kolivənd bildirib.
Follow @7timesaz