Hadisə

Rəmişin ölüm xəbəri yayıldı, həyat yoldaşı təkzib etdi

Rəmişin ölüm xəbəri yayıldı, həyat yoldaşı təkzib etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə bəzi xəbər saytlarında Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

7times.az xəbər verir ki, gitaraçının həyat yoldaşı Gülü bu xəbərləri təkzib edib. O, Azxeber.com-a açıqlamasında “Rəmişin ölüm xəbəri yalandır, inanmayın” deyə bildirib.

Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.