Ötən gün Naxçıvan Universiteti “Həmsöhbət” layihəsinə start verib və ilk qonaq da rəqqasə, aktrisa Oksana Rəsulova olub. Universitetin paylaşdığı xəbərdə bildirilir ki, rəqqasə Oksana öz həyat və iş təcrübələrini bölüşüb. Sosial şəbəkələrdə rəqqasənin tələbələrlə görüşü birmənalı qarşılanmayıb və O.Rəsulova tənqid atəşinə tuş gəlib.
7Times.az xəbər verir ki, tanınmış aparıcı Murad Arif rəqqasəni qınayanlara cavab verib.
O, sosial şəbəkə hesabında Oksana Rəsulovanın savadlı, dünyagörüşlü kadr olmasına diqqət çəkib:
“Oksana Rəsulova milyard yarım əhalisi olan Hindistanın ən əsas televiziya yarışmasında qalib olub. Bunu sənətiylə edib! Artistizmi və rəqsi ilə… Düşünün, özü də Hindistanda hind rəqsi ilə!
Müxtəlif təhsil ocaqlarında həmin təhsil profilinə aidiyyatı olmayan sənət adamları ilə görüş adi bir haldır. İstər sovetlərdə olsun, istər xaricdə bu kimi görüşlər hər zaman təşkil olunur. Oksananı kəmsavad tiktokerlərlə müqayisə edib, rəqs sənətinə sayğızılıq göstərməyiniz haqsızlıqdır. Ölkəmizdə belə, səsi, sədası və uğurları xarici mediadan səslənən istedadlar varkən, nəyi qınayırıq, anlamış deyiləm. İllah ki, Oksana 75 yaşlı nənə olmalıdır ki, qəbullanaq?!”,- aparıcı qeyd edib.
Sfera.az
Follow @7timesaz