Uzun illərdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova 5 il sonra yenidən Azərbaycana qayıdıb.
7times.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı oktyabrın 25-də hava limanından birbaşa həmkarı Sevda Yahyayevanın toyuna gəlib.
İfaçı bildirib ki, uzun müddətdən sonra Bakıya qayıtdığı üçün sevinclidir: “Çox sevinirəm ki, yenidən doğma yurdumdayam. Çoxdan Bakıya gəlmək istəyirdim. Amma pandemiyaya və başqa səbəblərə görə bu istəyim baş tutmurdu. Azərbaycanda yeni işlərimi təqdim edəcəm. Az qaldı”.
Follow @7timesaz