Müğənni Rəqsanə İsmayılova ARB Tv-də yayımlanan “Günə son” proqramında qonaq olub.
OLAY yazır ki, 30 ildir üzündəki süni gellərdən canını qurtara bilməyən və bundan əziyyət çəkən ifaçı bütün bunlardan və plastik əməliyyatlardan danışıb.
R.İsmayılova arxasına “kamaz” qoyduran ifaçılara nifrət etdiyini bildirib:
“Sevda Yahyayevanın toyuna gəldim. Şoka düşdüm. Müğənnilərin heç birini tanımadım. Hamısının arxasında nə boyda “kamaz”. Məhəttəl qaldım. O toydan sonra jurnalistlər xəbərlər yazırdılar. Yoldaşımla mənim şəkillərimi də yerləşdirmişdilər. Hər kəs yazırdı ki, tək təbii görünən Rəqsanənin yoldaşı idi”.