Ölkə

Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdü

Rəşad Dağlı Ələkbərin dayısı oğlunu öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

7times.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı 7times.az-a DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusuna iddialara görə, 7 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.

Hazırda araşdırmalar davam edir.