Manşet

Rəşad Mahmudov: “COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”

Rəşad Mahmudov: “COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID 19-la bağlı antibiotiklərin, steroidlərin, antiviralların, yüzlərlə lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”.

7times.az xəbər verir ki, KONKRET.az-ın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş “COVID 19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır: “Bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirləri nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik”.