Maqazin

Rəsmən təsdiqlənsə də, hələ də polisə çağırılmadığını deyir – VİDEO

Rəsmən təsdiqlənsə də, hələ də polisə çağırılmadığını deyir – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şairə Nazilə Səfərli bu gün aparıcı Xoşqədəm Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsinə çağırılmasını növbəti dəfə təkzib edib.  

7times.az xəbər verir ki, tanınmış sima instaqram səhifəsində video açıqlama yayaraq məlumatın doğru olmadığını qeyd edib:

“Qarşıma xəbərlər çıxır ki, guya polis məni saxlayıb. Yazıblar ki, bölmədəyəm, 500 manat cərimə ödəmişəm. Reytinq xətrinə belə başlıqlar yazmaq lazım deyil. Bəzi izləyicilər vəziyyətimdən nigaran olublar. Onlara deyirəm ki, heç bir məntəqədə deyiləm, bağımdayam. 500 manat cərimə olunsam, onu da sizinlə paylaşaram, narahat olmayın! İndi başa düşdüm ki, başıma bir iş gəlsə, xalq olaraq mənim tərəfimdə olarsız”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya bildirilib ki, bu gün Nazilə Səfərli Nizami Rayon Polis İdarəsinə dəvət edilib. Məhkəmə tərəfindən təyin edilən cərimənin ödənilməsi onun diqqətinə çatdırılıb. Nazilə Səfərli hüquqi öhdəliyi yerinə yetirərək barəsində təyin edilən cərimə məbləğini ödəyib. Hazırda onun barəsində heç bir axtarış yoxdur.