Dünya

Rəsmi Moskva beynəlxalq ictimaiyyəti İsraili Suriyaya hücuma görə qınamağa çağırıb

Rəsmi Moskva beynəlxalq ictimaiyyəti İsraili Suriyaya hücuma görə qınamağa çağırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada zorakılığın yeni mərhələsi dərin narahatlıq doğurur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya tərəfi mülki şəxslərə qarşı qəbuledilməz amansız qisas halları ilə bağlı məlumatlardan xüsusilə narahatdır: “Moskva dinc əhalinin həyatına və təhlükəsizliyinə hücumların qəbuledilməz olduğunu hesab edir. Rusiya tərəfi dəfələrlə İsrailin Suriyadakı özbaşına hərbi hərəkətlərini qiymətləndirib”.

Rəsmi Moskva hesab edir ki, ölkənin suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasını göstərən bu hücumlar kəskin qınanmalıdır.