Dünya

Rəsmi Vaşinqton güclü dolları dəstəkləyir: “Baha dollar idxalı ucuzlaşdırır”

Rəsmi Vaşinqton güclü dolları dəstəkləyir: “Baha dollar idxalı ucuzlaşdırır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il dolların məzənnəsinin bir çox valyuta qarşısında uzun illərin ən yüksək səviyyəsinə qalxması, keçmişdən fərqli olaraq bu dəfə Vaşinqton administrasiyasını narahat etmir.

7Times.az  xəbər verir ki, bu haqda qənaəti “Bloomberg” saytı paylaşıb. Sayt yazır ki, dollar 1998-ci ildən yen qarşısında, 2022-ci ildən isə avro qarşısında zirvəyə çatdıqdan sonra ABŞ-ın maliyyə naziri Canet Yellen və mərkəzi bankın (FED) sədri Cerom Pauel çıxışlarında dolların bahalaşmasından bəhs etməyiblər.

Halbuki, əvvəlki illərdə ABŞ hökuməti dollar bahalaşdıqda bunu qeyd edirdi, zəruri tədbirlərin görülməsini istəyirdi. Hətta 2013-cü ildə dollar bahalaşanda millət vəkilləri məzənnəyə nəzarət qanunu üçün müraciət etmişdi.

Dollar hazırda son 20 ilin ən yüksək dəyərinə sahibdir. Bunun səbəbi ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasını cilovlamaq üçün FED-in sərt monetar siyasət yürütməsidir. Sərt monetar siyasətə uyğun olaraq dollar bahalaşır.

İqtisadçılar güclü dolların inflyasiyaya nəzarət etmək üçün kifayət etməyəcəyini bildirsələr də, siyasətçilər dolların bahalaşmasından razı görünürlər. Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının üzvü Jared Bernstein “Bloomberg”ə deyib ki, ABŞ Administrasiyası baha dollardan narahat deyil:

“Biz bu barədə prezident Co Baydenlə danışırıq. Prezident bu məsələ ilə çox maraqlanır. Bilirik ki, güclü dollar inflyasiya təzyiqləri ilə bağlı narahatlıqlar şəraitində idxalı ucuzlaşdırır.”

ABŞ-ın maliyyə naziri, əvvəllər FED-ə rəhbərlik etmiş Yellen də baha dollara müsbət yanaşdığını ifadə edib: “Yüksək faizlər səbəbindən dolların möhkəmlənməsini başa düşmək olar.”