Ölkə

Respublika birincisi olan “Zəfər” komandasının üzvləri mükafatlandırıldı – FOTOLAR

Respublika birincisi olan “Zəfər” komandasının üzvləri mükafatlandırıldı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev “Şahin” hərbi-idman oyunlarının final mərhələsində qalib gələn “Zəfər” komandasının üzvləri ilə görüşüblər.
Elnur Rzayev, Nəcəf Novruzov və Coşqun Əliyev Niyazabad kənd tam orta məktəbinin müəllim və şagird kollektivini qazandıqları zəfər münasibətilə təbrik edərək, gələcəkdə də bu uğurların davam etməsini arzulayıblar.
Qeyd edilib ki, bu cür oyunların keçirilməsində əsas məqsəd böyüyən gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirmək, şagirdləri hərbi-idman oyunlarına cəlb edərək onları ordu sıralarında xidmətə hazırlamaqdır.
Hüseyn
7Times.az