“Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər”.
7Times.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Bild”ə müsahibəsində bildirib.
O qeyd edib ki, təlim və infrastruktur hazırlığı üçün vaxt nəzərə alınmalıdır.
“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, – nazir vurğulayıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Follow @7timesaz