Dünyaca məşhur müğənni Rihanna alt paltarı brendi olan “Savage x Fenty”nin baş direktoru vəzifəsindən gedib.
Axşam.az xəbər verir ki, ifaçı 5 il əvvəl qurduğu brendin idarəsini Hillari Superə təhvil verib. O, iyunun 26 vəzifəsinin icrasına başlayacaq.
Bununla yanaşı, Rihanna şirkətin icraçı direktor vəzifəsində qalacaq və “Fenty Beauty”nin baş direktoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Rihanna sözügedən brendlərlə sərvət əldə edib. “Forbes” jurnalının son hesabatına görə, müğənninin gəliri 1,4 milyard dollar təşkil edir.
Onu da qeyd edək ki, Rihannanın reper Eysap Roki ilə gizli ailə qurduğu iddia edilir. Cütlüyün ötən ilin mayında oğlu dünyaya gəlib. Hazırda Rihanna ikinci övladına hamilədir.
Follow @7timesaz