Maqazin

Rihannanın yeni albomu rekord qırdı

Rihannanın yeni albomu rekord qırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musiqi həyatına 7 illik fasilə verən və alt paltarı brendi ilə fəaliyyətini davam etdirən 35 yaşlı barbadoslu müğənni Rihanna qayıdar-qayıtmaz internetdə musiqi siyahılarını alt-üst edib.

7Times.az türk mediasına istinadən xəbər verir ki, dünya şöhrətli müğənni 10 mahnısı ilə bir milyard yayıma çatan ilk qadın musiqiçi olub.

Bu vəziyyət Rihannanın yeddi il yarım ərzində yeni albom çıxarmamasına baxmayaraq tamaşaçılarının onu zirvələrə daşıya bilməsi kimi şərh edilib.

Rihanna sosial media səhifələrində rekord sevincini pərəstişkarları ilə bölüşüb.

Qeyd edək ki, məşhur müğənni dünyada 250 milyondan çox albom satışı ilə bütün zamanların ən çox albom satılan ikinci qadın musiqi sənətçisidir.

Xatırladaq ki, o, 2022-ci ildə Amerikanın ən gənc qadın milyarderi olub.

Rihannanın sərvətinin 1,4 milyard dollar olduğu bildirilir.