Barbados əsilli müğənni Rihanna ana vətəninin Milli Qəhrəmanı adına layiq görülüb. Bu barədə Barbadosun Baş naziri Mia Mottli bildirib.
“Bir millət və qürurlu xalq adından sizi – səfirimiz Robin Rihanna Fentini Barbadosun milli qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənizin qüruru olmağa davam edin”, – deyə o, respublikanın elan edilməsi mərasimində iştirak edən müğənniyə bildirib.
Qeyd edək ki, Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.//oxu.az