Maqazin

Rikki Martin 50 illik həbs oluna bilər

Rikki Martin 50 illik həbs oluna bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Rikki Martini 50 illik azadlıqdan məhrum etmə cəzası gözləyir.

 

Axşam.az xəbər verir ki, buna səbəb ifaçının məişət zorakılığında ittiham edilməsi olub. Puerto-Riko qanunlarına görə, qurbanın anonimlik hüququ var, lakin müğənninin qardaşı Erik Martin müsahibəsində onun kimliyini açıqlayıb. Belə Rikkini qardaşı oğlu 21 yaşlı Dennis Yadiel Sançes məhkəməyə verib.

Sançesin sözlərinə görə, o, Riki ilə intim münasibətdə olduğu müddətdə yeddi ay ərzində psixoloji və fiziki zorakılığa məruz qalıb. Ayrıldıqdan sonra da o düzəlməyib. 50 yaşlı müğənninin ayrılması ilə barışa bilmədiyi və keçmiş sevgilisinin arxasınca getməyə başladığı iddia edilib.

Bildirilib ki, ittihamlar çox ciddidir və cəza daha ağırdır. Puerto-Rikoda qohumluq əlaqəsi 50 ilə qədər həbs cəzası ilə cəzalandırıla bilər. Lakin müğənninin özü, qardaşı və vəkillər komandası Sançesin yalan danışdığından, psixi problemlərdən əziyyət çəkdiyindən əmindirlər. Amma son söz məhkəməyə qalır: proses iyulun 21-də Dennis Yadiel Sançesin ilk ifadəsini verəcəyi vaxt başlayacaq.