Roma Papası Fransisk insanın sevdiyi şəxs ilə cinsi münasibətdən və dadlı yeməkdən aldığı həzzi ilahi zövq adlandırıb.
AFP agentliyi xəbər verir ki, bu barədə Papa Fransiskin kəlamları olan “TerraFutura” kitabında yazılıb.
“Zövq birbaşa Tanrıdan gəlir. O, nə katolikə, nə xristiana, nə də bir başqasına aid deyil, o, sadəcə olaraq İlahidir”, – Roma Papası qeyd edib.
Papa hesab edir ki, hissləri inkar edən “şişirdilmiş əxlaq” xristianlıq mesajlarını yanlış şərh etməkdir.
Katolik Kilsəsinin rəhbəri vurğulayıb ki, yemək ləzzəti insanın sağlam olmasına xidmət edir, cinsi ləzzət isə sevgini daha da gözəlləşdirir və insan nəslinin davamına xidmət edir.
Follow @7timesaz