Dünya

Ronaldinyo “Survivor”da

Ronaldinyo “Survivor”dabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı keçmiş əfsanəvi futbolçu Ronaldinyo Acun Ilıcalının dəvəti ilə “Survivor All Star”a gəlib.

7Times.az xəbər verir ki, Ronaldinyo yarışma iştirakçıları və Acun Ilıcalı ilə ayaq voleybolu oynayıb.
FİFA tərəfindən ilin ən yaxşı oyunçusu və Qızıl top mükafatını iki dəfə qazanan futbolçu matçdan əvvəl rəqibləri ilə görüşüb.
Dominikaya gəlişi ilə bağlı hisslərindən danışan Ronaldinyo “Burada olmaqdan çox xoşbəxtəm. İstənilən vaxt gələ bilərəm” deyib. Yarışın bəzi hissələrini izləyən futbolçu son döyüşləri ilə gündəmdə olan Nagihana xəbərdarlıq etməyi də diqqətdən yayınmayıb və “Proqramı izləyirəm. İnşallah Nagihan bir az sakitləşə bilər” deyib.