Kriştiano Ronaldonun “Atletiko”ya (Madrid) transferi baş tutmayacaq.
7Times.az xəbər verir ki, bunu klubun prezidenti Enrike Sereso Ronaldonu transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirərəkən deyib.
“Bu söz-söhbətlər haradan yaranır, bilmirəm. Amma onu deyim ki, Kriştianonun “Atletiko”ya gəlməsi mümkün deyil”.
Qeyd edək ki, portuqaliyalı hücumçunun “Mançester Yunayted”dən ayrılmağa çalışdığı barəsində informasiyalar gəzir.
Follow @7timesaz