İspaniya məhkəməsi Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo barəsində həbs qərarı çıxarıb.
7Times.az Apasport.az-a istinadən xəbər verir ki, 37 yaşlı superulduza vergidən yayındığı üçün 23 aylıq cəza verilib.
Ancaq İspaniya qanunlarına əsasən həbs müddəti iki ildən az olduğu üçün Ronaldo pul cəriməsi ilə canını qurtaracaq. O, 3,57 milyon avro qarşılığında cəzadan azad olunacaq.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsini ləğv edən Kriştiano hazırda klubsuzdur. Onun Madrid “Real”ına transferi gözlənilir.