İdman

Ronaldo bu oyunu buraxa bilər

Ronaldo bu oyunu buraxa bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 23-cü turunun “Vest Hem”lə oyununu buraxa bilər.

Qol.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun “Brentford”la oyunda (3:1) boynunda problem yaranıb və o, 71-ci dəqiqədə əvəzlənib.

Komandanın baş məşqçisi Ralf Ranqnik 36 yaşlı oyunçunun son durumu ilə bağlı deyib: “Ronaldonun boynunda problem olduğu üçün matçda iştirakı sual altındadır. Dünən o, 2-3 saatlıq müalicə kursu keçib və bu gün onun özünü necə hiss etdiyini anlamaq lazımdır”.

Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 17 oyunda 8 qol vurub.

Əlavə edək ki, sabah keçiriləcək “Mançester Yunayted” – ” Vest Hem ” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.