İdman

Ronaldo buna görə əsas heyətdən qovulub – İNANILMAZ İDDİA

Ronaldo buna görə əsas heyətdən qovulub – İNANILMAZ İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştiano Ronaldonun “Mançester Yunayted”in əsas heyətindən uzaqlaşdırılması ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, klubun əfsanəvi futbolçuları Luis Saha və Roy Kin Ronaldonun əsas heyətdən uzaqlaşdırılması barədə maraqlı iddia ortaya atıb. Onlar iddia ediblər ki, baş məşqçi Ten Haq klubda nüfuzunu artırmaq üçün Ronaldonu əsas heyətdən qovub. Onlar bundan əvvəl klubun hücumçu problemi ilə üzləşdiyi bir vaxtda Ronaldonun ehtiyatda qalmasına diqqət çəkiblər. Keçmiş futbolçular Ronaldoya qarşı davranışları “axmaqlıq” adlandırıblar.

Qeyd edək ki, “Tottenhem”lə oyunda (2:0) baş məşqçi Ronaldonu meydana buraxmayıb. Buna etiraz olaraq, Ronaldo oyunun bitməsini gözləmədən stadionu tərk edib. Buna görə də, 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Üstəlik futbolçuya əsas komanda ilə məşq etmək qadağan edilib.