İdman

Ronaldo buna görə meydana çıxmaqdan imtina etdi və stadionu tərk etdi

Ronaldo buna görə meydana çıxmaqdan imtina etdi və stadionu tərk etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştianu Ronaldo oyun başa çatmamış stadionu tərk edib.

7Times.az  xarici mətbuata istinadən bildirir ki, “Tottenhem”lə oyun zamanı əvvəlcə tribuna otağına yollanan Ronaldo sonra stadionu tamamilə tərk edib.

Komandası qələbəni bayram edən zaman (2:0) futbolçu paltardəyişmə otağında olmayıb.

Komandanın baş məşqçisi Erik ten Haq 37 yaşlı hücumçunu meydançaya buraxmaq niyyətində olsa da, portuqaliyalı bundan imtina edib, daha sonra ehtiyat oyunçular skamyasını tərk edib.
Ronaldo oktyabrın 7-də Avropa Liqasında Kiprin “Omoniya” klubu ilə matçda iki metrdən boş qapıya zərbə endirə bilməmişdi. Buna baxmayaraq qarşılaşma 3-2 hesabı ilə ingilislərin xeyrinə başa çatmışdı.

Sentyabrın 25-də Çexiya yığması ilə oyunda Ronaldonun burnunun sındığı məlum olmuşdu. Ronaldo oyunun 13-cü dəqiqəsində top uğrunda mübarizədə çexiyalı qapıçı Tomaş Vaçliklə toqquşub.

Xatırladaq ki, Kriştianu Ronaldo 31 avqust 2021-ci ildən rəsmi olaraq “Mançester Yunayted”in oyunçusudur.

O, karyerası ərzində beş dəfə “Qızıl top”un qalibi, 30-dan çox kubok, o cümlədən beş UEFA Çempionlar Liqası, dörd FIFA Klublararası Dünya Kuboku, İngiltərə, İspaniya və İtaliyada yeddi liqa çempionluğu və Avropa çempionatının qalibi olub