İdman

Ronaldo heç vaxt qayıtmayacağı liqanı açıqladı

Ronaldo heç vaxt qayıtmayacağı liqanı açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kristiano Ronaldo “Record” nəşrinə müsahibəsi verib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz heç vaxt dönməyəcəyi liqanı açıqlayıb.

“Portuqaliya Liqasına qayıtmaq mənasızdır. Bir neçə günə 39 yaşım olacaq, mövsümün sonunadək və daha bir il “Əl Nəsr”də oynayacam. İstədiyim budur.
40 yaşım olanda isə, dostum Joze Semedonun dediyi kimi, görək nə olur. 40 yaşıma qədər oynasam, bu səviyyə üçün fantastik olardı. Daha sonra isə 41, 42 və s. bilmək olmaz. Lakin Portuqaliya Liqasına qayıtmağım mümkün deyil”.

Qeyd edək ki, Kristiano futbolçu karyerasına Portuqaliyanın “Sportinq” klubunda başlayıb.