İdman

Ronaldo və ailəsinin Səudiyyədə yaşadığı 17 otaqlı kral mənzil – FOTOLAR

Ronaldo və ailəsinin Səudiyyədə yaşadığı 17 otaqlı kral mənzil – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzalayan Kriştiano Ronaldo sevgilisi Corcina Rodriges və övladları ilə ərəb ölkəsinə köçüb.

7Times.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, Ronaldo və ailəsi 99 mərtəbəli “Four Seasons Hotel Riyadh” hotelində yaşayır. Portuqaliyalı ulduz üçün hotelin iki mərtəbəsində ümumilikdə 17 otaq ibarət kral mənzillər ayrılıb.

Burda bir otağın aylıq qiyməti 302 min dollardır. Ronaldo və ailəsi uyğun ev tapılana qədər burda yaşayacaq.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”ə keçdikdən sonra futbol tarixinin ən çox qazanan futbolçusu olub. Portuqaliyalı ulduzun illik gəliri 200 milyon avro təşkil edəcək. Ronaldo bu məbləğin 75 milyonunu futbolçu kimi qazanacaq. Qalan 125 milyon avro isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində ödəniləcək. İndiyədək heç bir futbolçu bir ildə bu qədər qazanmayıb.

Səudiyyə Ərəbistanında mövcud olan qanunlara əsasən rəsmi evliliyi olmayan cütlüklərin eyni yerdə yaşaması qadağandır. Amma bu qadağa Ronaldo ilə Corcinaya şamil edilməyəcək.

Onu da qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Portuqaliyalı indiyədək vətənində “Sportinq”, İngiltərədə “Mançester Yunayted” (iki dəfə), İspaniyada “Real” və İtaliyada “Yuventus” klublarında forma geyinib.