İdman

Ronaldo yenidən Çempionlar Liqasında oynaya bilər!

Ronaldo yenidən Çempionlar Liqasında oynaya bilər!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kristiano Ronaldo yenidən Çempionlar Liqasında oynaya bilər. 

Offsideplus.az xəbər verir ki, UEFA “Əl Nəsr” komandasını 2024-2025 mövsümündə ÇL-də iştirak etməyə dəvət etmək istəyir. Buna səbəb ərəb klubunun hazırda dünyadakı 3 ən məşhur klublar arasında olmasıdır.

Bu barədə ərəb jurnalist Əl-Hərbi sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, daha öncə UEFA-nın prezidenti Aleksander Çeferin ərəb klublarının Çempionlar Liqasında oynaması ilə bağlı yayılan iddiaları təkzib etmişdi. Belə ki, bir müddət əvvəl ərəblərin UEFA-ya müraciət edərək, Avropa futbol qurumundan 2025-ci ildən etibarən ölkə çempionu olmuş komandanın ÇL-də iştirakına icazə verilməsini istədikləri xəbərləri yayılmışdı.