“Qızıl top” mükafatının verilməsi üçün təşkil oluanan mərasimə qatılmayan portuqaliyalı superulduz Kriştiano Ronaldo “Instagram” hesabındakı paylaşımla gündəmə gəlib.
7times xəbər verir ki, futbolçu hər il “Qızıl top” müakafatını təsis edən “France Football” təşkilatına münasibət bildirib. O, nəşrin baş redaktoru Paskal Ferrenin sözlərinə sərt reaksiya verib. 36 yaşlı ulduz bunları söyləyib: “Paskal Ferre mənə yalan danışdı. O, özünü və işlədiyi nəşri tanıtmaq üçün mənim adımdan istifadə etdi. Belə bir mötəbər mükafata cavabdeh olan şəxsin Fransa futboluna və “Qızıl top”a həmişə hörmət edən birinə yalan danışması qəbuledilməzdir. Və bu gün o, mənim mərasimə qatılmamağımı mövcud olmayan karantinlə əsaslandıraraq yenə yalan danışdı. Paskal Ferre “Qızıl top”u Lionel Messidən daha çox qazandıqdan sonra futbolu tərk etmək istədiyim barədə yalan danışıb. Məşhurlaşmaq üçün məndən istifadə etdi. Belə bir yalan qəbuledilməzdir. Karyeramda ən böyük ambisiyam peşəkar futbolçu olmaq istəyənlərə örnək olmaq və adımı dünya futbol tarixinə qızıl hərflərlə yazdırmaqdır. Karyeramın əvvəlindən idmana və ədalətli oyuna üstünlük verirəm. Mən həmişə qalibləri təbrik edirəm. Bütün diqqətimi “Mançester Yunayted”lə mövsümün qalan hissəsinə yönəltmişəm. İstirahət? Mənim üçün əhəmiyyətli deyil”.
Paskal Ferre Ronaldonun mükafatlandırma mərasiminə qatılmaması haqqında suala belə cavab vermişdi: “Kriştianonun yalnız bir məqsədi var: Messidən daha çox “Qızıl top”u qazandıqdan sonra karyerasını bitirmək. Bunu mənə özü dedi”.//Qaynarinfo
Follow @7timesaz