İdman

Ronaldonu transfer etmək üçün “Mançester Yunayted”ə çətin şərtlər irəli sürdülər

Ronaldonu transfer etmək üçün “Mançester Yunayted”ə çətin şərtlər irəli sürdülərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun agenti Xorxe Mendeş müştərisinin “Napoli”yə keçidi üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, bu barədə idman jurnalisti Canluka Di Marzio məlumat yayıb. Mənbəyə görə, bu müqavilənin bir hissəsi olaraq, Neapol təmsilçisinin nigeriyalı futbolçusu  Viktor Osimhen “qırmızı şeytanlar”a tranfser ola bilər.

“Napoli”də klubu isə bildirilib ki, futbolçusunu ingilis klubuna yalnız qarşı tərəfin100 milyon avro ödəyəcəyi və Ronaldonu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Həmçinin Mançester təmsilçisi portuqaliyalı ulduzun maaşının böyük hissəsini ödəməyi də öhdəliyinə götürməlidir.

Qeyd edək ki, Ronaldonun  “Mançester Yunayted” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.