“Əl-Hilal”a uduzduqları oyundan sonra “Messi, Messi” deyə səslənən azarkeşlərə qarşılıq olaraq əlini qasıq nahiyyəsinə atan Kristiano Ronaldonun həbsi və ya ölkədən deportasiyası tələb olunurdu.
7Times.az xəbər verir ki, “Əl-Nəsr” klubundan Ronaldonun hərəkəti ilə bağlı açıqlama verilib. Klub 37 yaşlı hücumçunun qasıq nayihəsindən zədələndiyini və buna görə əlini həmin nayihəyə apardığını bildirib.
“Ronaldo zədədən əziyyət kəçir. Onun “Əl-Hilal”ın futbolçusu Qustavi Kuellar ilə mübarizəsi sözügedən nayihədə yüngül zədə ilə nəticələnib. Bu məlumat təsdiqlənib. Azarkeşlərin dediklərinə gəlincə, istədiklərini fikirləşə bilərlər”.
Qeyd edək ki, “Əl-Nəsr” “Əl-Hilal”a 0:2 hesabı ilə məğlub olmuşdu.
Offsideplus.az