İdman

Ronaldonun sevgilisi Messini təbrik etdi

Ronaldonun sevgilisi Messini təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Messini mükafat münasibətilə təbrik edib.

7Times.az- ın xarici mediaya istinadla məlumatına görə, Lionel Messi və həyat yoldaşı Antonella Rokuzzo Laureus World Sports Awards qala-konsertinə qatılıblar, Messi “İlin idmançısı” mükafatını qazanıb.

Argentina millisi “İlin komandası” mükafatını alıb. Messinin həyat yoldaşı sosial şəbəkələrdən birində silsilə fotolar yerləşdirib. Corcina şəkli bəyənib və şərh yazıb:

“Gözəllik”.

Bu şərh ən populyar olub və 25 mindən çox bəyənmə toplayıb.