İdman

Ronaldonun Türkiyə Super Liqası ilə bağlı sözləri gündəm oldu

Ronaldonun Türkiyə Super Liqası ilə bağlı sözləri gündəm oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl Nəsr” klubu dünən “Selta Viqo” ilə yoldaşlıq oyununda 0:5 hesabı ilə məğlub olub.  

Offsideplus.az xəbər verir ki, böyükhesablı məğlubiyyətin ardınca Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasını tərifləyib, bəzi açıqlamaları ilə qalmaqala səbəb olub.

Portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanı Liqasının 1 il sonra Türkiyə və Niderland çempionatını geridə qoyacağını iddia etməsi sosial şəbəkələrdə gündəm olub.

“Səudiyyə Ərəbistanı Liqası bu gedişlə 1 il sonra Türkiyə və Niderland Liqasını keçər. Səudiyyə Ərəbistanı Liqası MLS-dən daha yaxşıdır. İndi bütün futbolçular buraya gəlir. Ərəb klublarına keçmək qərarım TOP futbolçuların gəlməsində böyük rol oynadı. Bu, faktdır. “Yuventus”a transfer olunanda A Seriyası ölü idi. Mən transfer olundum və çempionat dirildi. Kristiano hara gedirsə, ora maraq gətirir”, – Ronaldo deyib.