İdman

Ronaldu məhkəmədə qalib gəldi – Bu qədər təzminat alacaq

Ronaldu məhkəmədə qalib gəldi – Bu qədər təzminat alacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu zorlamaqda ittiham olunduğu məhkəmədə qalib gəlib.

Fanat.Az “The Atletik”ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu Ketrin Mayorqanın iddialarının yalan olduğunu sübuta yetirib.

İndi “Əl-Nəsr”in futbolçusu qızın vəkilindən külli miqdarda təzminat tələb edir. O, imicini korlayan vəkildən 312 min avro istəyir.

Qeyd edək ki, bu iş ikilinin uzaq 2009-cu ildə Las-Veqasda keçirdiyi gecəyə aid idi. Qız onu zorlamaqda günahlandır, Ronaldu isə bütün ittihamları rədd edirdi. İkili 2010-cu ildə məhkəmədən kənarda razılığa gəlsələr də, “Football Leaks” portuqaliyalı ulduzun qızın vəkili ilə söhbətlərinin qeydlərini sızdırmasından sonra tərəflər 2018-ci ildə yenidən məhkəməyə üz tutublar.

Hakim qızın vəkilinin şikayətinin “Football Leaks”dən oğurlanmış məlumatlara əsaslanmasını nəzərə alaraq, Ronaldunun xeyrinə qərar çıxarılıb. Hakim futbolçunun 312 min avroluq təzminat tələbini haqlı sayıb.