Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin qovulmasına həm komandanın son matçlardakı qeyri-qənaətbəxş nəticələri, həm də futbolçularla münasibətinin pis olması göstərilir.
Qarsiyanın paltardəyişmə otağında futbolçularla mübahisə etməsi klub rəhbərliyinin səbr kasasını daşırıb. Bu, “Əl Feyha” ilə oyundan (0:0) sonra baş verib.
Qeyd edək ki, matçdan sonra mətbuata açıqlama verən Ər Riyad klubunun ulduz futbolçusu Kriştianu Ronaldu da Qarsiyadan narazılığını bildirmişdi.
“Əl Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 3 xal geri qalaraq ikinci yerdədir. Mövsümün sonuna 7 tur qalıb.
Follow @7timesaz