“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu vurduğu qolların sayına görə dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Qurumun məlumatına görə, portuqaliyalı milli çempionatlarda 517-ci qolunu vurub. Beləliklə, o, hərəyə 515 qolla uzun müddət rekorda sahib olan Yozef Bikan və Ferens Puşkaşı qabaqlayıb.
Reytinqdə futbolçuların regional liqalarda vurduğu qollar nəzərə alınmayıb. Söhbət sırf ölkə çempionatlarından gedir. Bu səbəbdən də bombardirlər siyahısında Pele, Romario və digər tanınmış futbolçular yoxdur.
Bu günə qədər dünya futbolu tarixində cəmi 3 oyunçu 500 qol həddinə çatıb (Puşkas, Bitsan və Ronaldu). Lionel Messinin də tezliklə 500 qol həddinə çatacağı gözlənilir – onun aktivində 496 qol var.
Follow @7timesaz