İdman

Ronaldunun möhtəşəm yubileyinə 1 top qaldı

Ronaldunun möhtəşəm yubileyinə 1 top qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda – “Şerif”lə görüşdə (2:0) qol vuran “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu böyük yubileyin biraddımlığındadır.  Bu, Moldova təmsilçisinin qapısına matçın 39-cu dəqiqəsində penaltidən yol tapan 37 yaşlı ulduzun mövsümdə ilk qolu olub.

Fanat.Az-ın hesablamalarına görə, axır ki, “qol orucu”nu pozan Ronaldu klub karyerası ərzində 699-cu dəfə “mərmi”ni rəqib qapısından keçirib.

Bu isə o deməkdir ki, yubiley – 700-cü qol çox yaxındadır.

Qeyd edək ki, daha öncə də MY-də çıxış etmiş Kriştianu “Sportinq”, “Real Madrid” və “Yuventus”da da top qovub.