Aparıcı Rövşanə Ağasifqızı maraqlı açıqlaması ilə diqqət çəkib.
7times.az xəbər verir ki, verilişlərdən birinə qonaq olan aparıcı, kişi qadın münasibətlərindən toxunub.
O “Kişilər üçün hansı qadınlar maraqlıdır” sualına belə cavab verib:
“Kişilər gözləri ilə sevirlər, gözəl qadın axtarırılar, amma yalançı broyler toyuğuna bənzəyən gözəlləri yox təbii ki…Onlar sözün əsl mənasında broyler toyuğuna bənzəyirlər. Hamısı eyni sifət, eyni görünüşlü qadınlardır. Hesab etmirəm ki, onlar kişilər üçün maraqlı olsunlar.
İnanın sizin həmin kişi ilə münasibətiniz sadəcə 1-2 aylıqdır. Başınızı işlətməsəniz yaxud da ağılınız yoxdursa, bu münasibət bir yerə qədər davam edəcək. Yəni kişilər xanımları ilə dərdləşmək, problemlərini həll etmək də istəyirlər”. BAKU.WS